Son yeniləmə: 28 İyul 2022 11:46
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqan Ersin Tatar ölkənin yeni siyasətinin suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslandığını ifadə edib. O, Kıbrısda iki ayrı müstəqil dövlətin əməkdaşlığı ilə razılaşmanın ola biləcəyini vurğulayıb.
Məlumata əsasən Türkiyənin Osmaniye Qorqud Ata Universitetində “Kıbrısda türklərin varlığı mübarizəsi” adlı konfransda çıxış edən E.Tatar, “Bizim bu siyasətdən imtina etməyimiz mümkün deyil”,- deyib.
Qeyd edək ki, Osmaniye Qorqud Ata Universiteti, 15 İyul Şəhidlər Amfiteatrında reallaşan konfransda E.Tatara Senatın qərarı ilə fəxri doktor adı verilib.