Press "Enter" to skip to content

Azərbaycan millisi dünya çempionatında ikinci oldu

Azərbaycan milli komandası

Son yeniləmə: 28 İyul 2022 09:27

Bayraqdar.info – İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan milli komandası mundialda uğurlu çıxışla yadda qalıb: “Yarışda iştirak edən 10 idmançıdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəricidir. Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıb”.

Beləliklə, yığma komanda 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub: “İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub. Qeyd edək ki, xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində Azərbaycanın yunan-Roma güləşində yeni rekorddur”.

Mission News Theme by Compete Themes.