Press "Enter" to skip to content

Hökumətdə dəyişiklik

Suat Atun (soldan) və Alişan Şana

Son yeniləmə: 27 İyul 2022 15:08

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti hökumətində dəyiyişlik baş verib. Belə ki, Sunat Atun maliyyə naziri postundan istefa edib.

Baş nazir Ünal Üstel onun istefasını qəbul edərək, UBP Lefkoşa millət vəkili Alişan Şanı maliyyə naziri vəzifəsinə təyin edib.

Baş nazir Ü.Üstel, açıqlamasında maliyyə naziri Sunat Atunun iyulun 26-da səhər yerli vaxtla saat 10:00-da istefa ərizəsini təqdim etdiyini bildirib: “Ona işinə görə təşəkkür etdik. O, bizim partiyanın deputatıdır, bundan sonra partiyamızın deputatı kimi fəaliyyət göstərəcək”.

Baş nazir Ü.Üstel bütün səylərin ölkə üçün olduğunu vurğulayaraq, “Ölkəmizin mənafeyindən çıxış edirik. Ölkəmizin problemlərini birlikdə aradan qaldıracağıq. UBP-də belə dəyişikliklər hər zaman olur və bu da onlardan biridir”, – deyib.

Yeri gəlmişkən, maliyyə naziri vəzifəsinə təyin edilən A.Şan artıq bu vəzifəni S.Atundan təhvil alıb. Maliyyə naziri vəzifəsini sevdiyi, gələcəyi parlaq, ağıllı və çalışqan bir qardaşına təhvil verməkdən çox xoşbəxt olduğunu ifadə edən S.Atun A.Şana yeni vəzifəsində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.