Son yeniləmə: 27 İyul 2022 12:58
Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 3-cü həftəsi davam edir. 2-ci gündə səhər idmanın ardından uşaqların psixoloqlarla görüşləri reallaşdırlıb.
Bu barədə bayraqdar.info-ya ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, günün ikinci yarısında “Bilim Bakı” mərkəzinin müəllimləri tərəfindən astronomiya, robotexnika və dizayn üzrə praktiki təlimlər təşkil olunub: “Ardınca minifutbol üzrə Avropa çempionu adını qazanan milli komandanın məşqçisi və futbolçuları düşərgənin qonağı olublar. Milli yığmanın heyəti uşaqlarla birgə futbol oynayıb, onların suallarını cabalandırıb və hədiyyələrini təqdim edib”.
Günün sonunda uşaqlar kartinqdə idman avtomobilləri ilə yarışaraq, əyləncəli vaxt keçiriblər.