Press "Enter" to skip to content

39 min hektara yaxın əkin sahəsi suvarılır

Əkin sahələri suvarılır

Son yeniləmə: 27 İyul 2022 13:57

Bayraqdar.info – Biləsuvar Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən 38 min 900 hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir.

Bu barədə bayraqdar.info-ya iyulun 27-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, shələrin 20 min 422 hektarı nasoslar vasitəsilə, 18 min 487 hektarı isə öz axını ilə həyata keçirilir: “Son illər əkin dövriyyəsinə əlavə torpaqlar cəlb edilməsi nəticəsində əkin sahələri genişlənərək 57 min 216 hektara çatıb. Əkin sahələrinin suvarılması üçün Cənubi-Muğan kanalı, Arazın yeni qolu və qismən Bolqarçay su anbarından istifadə olunur. Cari ilin 6 ayı ərzində Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılmasına xidmət edən 2 nömrəli və 10-A nömrəli nasos stansiyalar yeni tipli məhsuldar qurğularla təchiz olunub. Bu da suvarma işlərinin yaxşılaşdırılması və suyun vaxtında və itkisiz su istifadəçilərinə çatdırılmasını təmin edir. Suvarmanı daha da yaxşılaşdırmaq üçün daha 3 ədəd 34, 101, Günəşli-1 nömrəli nasos stansiyaların elektrik iş rejiminə keçirilməsi və R-1 təsərrüfatlararası torpaq məcralı suvarma kanalının beton üzlüyə alınması işləri davam etdirilir”.

Qeyd edilib ki, İdarə tərəfindən bu il əkin sahələrinin suvarılmasına xidmət edən baş kanalların çəkilməsi davam etdirilib: “Belə ki, kəndlər üzrə 633 km baş suvarma kanalı və 243 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalı lildən təmizlənərək mülkiyyətçilərin istifadəsinə verilib. Ümumilikdə 876 km suvarma kanallarında lildən təmizləmə işləri aparılıb. Bildirək ki, Biləsuvar rayonunda 2022-ci təsərrüfat ilində 24 min 440 ha taxıl, 6 min 440 ha pambıq, 6 min 580 ha yonca, 833 ha bostan-tərəvəz, 137 ha günəbaxan, 1365 ha qarğıdalı və digər kənd təsərrüfatı təyinatlı bitkilər əkilərək və suvarılması həyata keçirilib”.

Mission News Theme by Compete Themes.