Bayraqdar.info – “Suala altını cizərək cavab vermək istəyirəm. PKK-ya, FETÖ-yə dəstək verilməyəcəyinin, bunun qırmızı xəttimiz olduğunu israrla xatırlatdıq. Dedik ki, burada heç kim güzəştə gedəcəyimizi gözləməsin. Fikrimcə, bu, sammitin ən mühüm nəticəsidir. Çünki bundan əvvəl onlar, xüsusilə də FETÖ terror təşkilatlarının siyahısına düşməmişdi”.
Bunu qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan iyulun 25-də “TRT Haber” telekanalının canlı yayımında jurnalistlərin sualını cavablandırarkən deyib.
Məlumata əsasən, NATO-nun Madrid sammiti çərçivəsində baş verənlərə toxunan R.T.Erdoğan “İndi İsveç və Finlandiyadan terrora dəstəyin kəsilməsi ilə bağlı konkret gözləntilərimiz var. Onlar (yəni terrorçular- red.) İsveç küçələrində polisin himayəsi altında nümayiş keçirirlər. Bu məsələdə Türkiyədən qəti şəkildə güzəşt gözlənməsin. Biz orada toplantılar keçirdik və elə səhərisi gün bu terrorçular küçələrdə nümayiş keçirirlər. İsveç konkret addımlar atmaqdan uzaq görünür”, – deyib.