Son yeniləmə: 26 İyul 2022 13:58
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Devlet Piyangoları Biriminin Erenköy müqavimətinin 58-ci ildönümü ilə bağlı təşkil etdiyi özəl lotereyalarda yol verilən səhvdən bəhs etmişdik.
Bu arada isə bəlli olub ki, həmin səhvə görə bir neçə nəfər vəzifəsindən azad olunub. Belə ki, Baş nazir Ünal Üstel bununla bağlı növbəti açıqlama verib. Açıqlamasında Baş nazir lotereya biletlərində səhv şəkillərin istifadəsi ilə bağlı Devlet Piyangoları Birimində dəyişiklik edildiyini açıqlayıb.
Baş nazir Üstel, Kıbrıs türk xalqnın varlıq mübarizəsinin ən mühüm halqalarından biri olan şanlı Erenköy müqavimətinin ildönümü üçün hazırlanan dövlət lotereya biletlərində istifadə edilən səhv görüntü ilə bağlı lazımi tədbir görüldüyünü bəyan edib.
Yol verilən səhvin qəbuledilməz olduğunu bildirən Ü.Üstel, “Buna dözmək mümkün deyildi, bununla bağlı lazımi müdaxilələr edildi. Belə bir hadisənin bir daha təkrarlanmaması üçün hər cür tədbir görürük”, – deyib.
Baş nazir Devlet Piyangoları Biriminin rəhbəri Osman Uzunun yerinə Turqut Sunalpın, Başbakanlık Spor Dairesi Genel Yönetim Kurulu Başkanı Hüseyn Cahitoğlunun yerinə isə Berhan Onqganın təyin olunduğunu açıqlayıb.