Son yeniləmə: 26 İyul 2022 16:06
Bayraqdar.info – “Heç kimin Kıbrıs türklərinin Türkiyə ilə əlaqələrini zəiflətmək gücü yoxdur”.
Bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanı Fahrettin Altun deyib.
O, Yunanıstanda nəşr olunan “Kathimerini” qəzetinə müsahibəsində gündəmlə bağlı sualları cavablandırıb.
Amerika Konqresindəki bəzi nümayəndələrin guya Türkiyənin 20 iyuldan sonra KKTC-ni ilhaq edəcəyinə dair iddiaları xatırladılaraq F.Altuna, Türkiyənin belə bir planı olub-olmadığına dair sual verilib. O, isə Türkiyənin KKTC ilə əlaqələrinin güclənməsindən narahat olanların davamlı olaraq yeni iddialar ortaya atdıqlarını, bunun məqsədinin də Kıbrıs türk toplumunu parçalamaq və Kıbrıs türklərini Türkiyədən uzaqlaşdırmaq olduğunu söyləyib.
Məlumata əsasən, Türkiyənin KKTC-ni suveren bir dövlət olaraq tanıdığını və Kıbrısda iki dövlətli həllin tərəfdarı olduğunu bildirən F.Altun, “Bunun əsas səbəbi bütün yaxşı niyyətli addımlara baxmayaraq, Kıbrıs rumlarının həll variantını rədd etmələri və bizdə ötən əsrdə Kıbrıs türklərinə qarşı törədilmiş cinayətlərin bir daha təkrar olunmayacağına zəmanətin olmamasıdır”, – deyib.
F.Altun vurğulayıb ki, Kıbrıs rum administrasiyasının Kıbrıs türk xalqına qarşı tətbiq etdiyi qeyri-insani və qanunsuz embarqolara qarşı səsini çıxarmayan, hətta Kıbrıs türk xalqının əldə etdiyi hüquqlara məhəl qoymayan beynəlxalq ictimaiyyətin Türkiyə ilə KKTC arasındakı əlaqələr haqqında özlərinə uyğun hər şeyi söyləməyə haqqı yoxdur: “Kim nə deyirsə desin, türk millətinin ayrılmaz bir parçası olan Kıbrıs türkləri ilə Türkiyə arasındakı müstəsna bağı heç kim zəiflədə bilməz”.