Son yeniləmə: 26 İyul 2022 08:51
Bayraqdar.info – “Hər iki ölkənin dini bayramları çərçivəsində baş nazir Paşinyanla telefon danışığımız olub. Normallaşma prosesindən də danışdıq. Əvvəldən bəlli olduğu kimi bizim qırmızı xəttimiz Azərbaycandır”.
Bunu qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan iyulun 25-də “TRT Haber” telekanalının canlı yayımında jurnalistlərin sualını cavablandırarkən deyib.
Milliyet xəbər verir ki, R.T.Erdoğan “Ermənistanla normallaşma prosesində qərarlıyıq. Biz mehriban qonşuluq münasibətlərini hədəfləyirik. Ermənistanla bu yanaşmanı Azərbaycanla korrdinasiyalı şəkildə inkişaf etdiririk”, – deyə əlavə edib.
TRT Canlı Yayını https://t.co/R72jAEzvPd
— Recep Tayyip Erdoğan (@RTErdogan) July 25, 2022