Bayraqdar.info – Afrikada qazılan yeni su quyusuna “Borçalı” adı verilib.
Bu barədə bayraqdar.info-ya iyulun 26-da Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı azərbaycanlı olub: “O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb və bu ilin avqustunda 4-cü quyunun da açılması üçün vəsait göndərilib”.
Məlumata əsasən, M.Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək.
Minurə gördüyü nəcib və humanist işləri barədə Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına danışıb.