Press "Enter" to skip to content

Türkiyə dünyanı aclıqdan xilas edir

Hulusi Kılıç

Son yeniləmə: 25 İyul 2022 11:13

Hulusi Kılıç: Türkiyə dünyadakı qida böhranını həll etmək üçün iyulun 22-də tarixi uğura imza atdı

Bayraqdar.info – “İyulun 22-də dünyanın gözü İstanbulda idi. Həmin gün Türkiyə tarix yazdı”.

Bunu bayraqar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Onun sözlərinə görə, Türkiyə dünyadakı qida böhranını həll etmək üçün iyulun 22-də tarixi uğura imza atdı: “Bu uğur nəticəsində dünyada minlərlə insanı gözləyən aclıq təhlükəsi aradan qalxmış oldu”.

Qeyd edilib ki, artıq dünya mətbuatı Türkiyənin, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın bu məsələdəki uğurlarından bəhs edir: “Beynəlxalq təşkilatlar və xarici ölkələr bununla bağlı Türkiyənin ünvanına təşəkkürlər səsləndirib. Bir sözlə, Türkiyə Cümhurbaşqanının əldə etdiyi bu uğur dünya tərəfindən alqışlandı və türk xalqı, o cümlədən Azərbaycan xalqı bu uğurdan qürur duydu”.

Bildirilib ki, iyulun 22-də anlaşmanın imzalanması mərasimində BMT Baş kaibinin iştirakının xüsusi önəmi var: “Baş katib BMT-ya üzv olan 195 ölkəni təmsil edir. Yəni əslinə baxanda iyulun 22-də bütün ölkələr orada idi. Bu da Türkiyənin uğurunu göstərir. Türkiyə Mustafa Kemal Atatürkün göstərdiyi “Yurdda sülh, cahanda sülh” prinsipindən çıxış edərək, hər zaman sülh, əmin-amanlıq, sabitlik üçün çalışır”.

H.Kılıçın sözlərinə görə, ümumiyyətlə, fevralın 24-dən bu günə qədər Türkiyə Rusiya-Ukrayna müharibəsini durdurmaq üçün əlindən gələni edir: “Martın 10-da Antalyada Ukrayna və Rusiyanın xarici işlər nazirləri bir araya gəldi. Martın sonunda isə iki ölkənin nümayəndə heyətləri İstanbulda bir araya gəldi və anlaşmaya yaxın mövqe sərgiləndi. Bir sözlə Türkiyə bu savaşın bir an öncə durması üçün çalışır”.

Mission News Theme by Compete Themes.