Press "Enter" to skip to content

Qeydiyyat müddəti uzadılıb

Bayraqdar.info – Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bu barədə bayraqdar.info-ay iyulun 25-də Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bakalavrlar bu portalda qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər: “Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur”.

Qeyd edilib ki, 25 iyul saat 09:00-a olan məlumata əsasən magistraturaya qəbul olunan 11 min 867 nəfərdən 10 min 747 nəfəri portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 9 min 675 bakalavrın müraciəti yoxlanılaraq təsdiq olunub: “Qeydiyyat müddəti 26 iyul saat 23:59-dək davam edəcək. Qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavabları ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar əlavə məlumat əldə etmək üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər. Verilən müddət ərzində qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər”.

Mission News Theme by Compete Themes.