Press "Enter" to skip to content

KKTC-də təxribata bərabər səhv

KKTC Devlet Piyangoları Biriminin rəhbəri Osman Uzun

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) 20 Temmuz – Kıbrıs Barış Hərəkatının 47-ci ildönümünün qeyd edildiyi günlərdə təxribata bərabər səhvə yol verilib. Belə ki, bu təxribata bərabər səhvə Devlet Piyangoları Biriminin Erenköy müqavimətinin 58-ci ildönümü ilə bağlı təşkil etdiyi özəl lotereyalarda yol verilib.

Bununla bağlı məlumatda deyilir ki, 8 avqustda oynanılması nəzərdə tutulan lotereyalarda Erenköy mücahidləri əvəzinə səhvən terrorçu EOKA-ya mənsub rum əsgərlərinin fotoşəkili çap edilib.

Məsələyə münasibət bildirən KKTC Baş naziri Ünal Üstel Kıbrıs türk xalqının varlıq mübarizəsinin ən mühüm halqalarından biri olan şanlı Erenköy müqavimətinin ildönümü üçün hazırlanan lotereya biletlərində istifadə edilən qüsurlu görüntü ilə bağlı nə lazımdırsa ediləcəyini söyləyib. Belə bir səhvin qəbul edilə bilməyəcəyini vurğulayan Baş nazir “Məsuliyyət daşıyan şəxslər cavab verəcək. İşdən çıxarılma da daxil olmaqla nə etmək lazımdırsa, ediləcək. Edilən səhv qəbuledilməzdir”, – deyə bildirib.

Öz növbəsində Devlet Piyangoları Biriminin rəhbəri Osman Uzun lotereya biletlərində yanlış şəkillərdən istifadə edilməsi ilə bağlı açıqlama verib. “Bir daha bu böyük səhvə görə üzr istəyirik. Bölmə müdiri olaraq buraxdığım səhvə görə nə lazımdırsa edəcəm”, – deyən O.Uzun, bunun üçün məsul şəxs olaraq işdən çıxarılmasını istəyəcəyini bildirib.

Comment Graphics şirkəti tərəfindən çap edilən və 2022-ci il avqustun 8-də oynanılması planlaşdırılan biletlərin toplandığını bildirən O.Uzun, bu tirajın avqustun 18-nə keçirildiyini və uduş fondunun yenidən 1 milyon olaraq təyin edildiyini açıqladı.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.