Son yeniləmə: 25 İyul 2022 15:29
Bayraqdar.info – Son həftələr ərzində dünyada COVID-19 virusuna yoluxanların sayı yenidən sürətlə artmaqdadır. Artıq bir sıra ölkələr bu səbəbdən yenidən COVID qadağalarını tətbiq edirlər.
Qardaş Türkiyədə də bununla bağlı müvafiq addımlar atılır. Belə ki, Eskişehir Valiliyinin Əyalət İctimai Gigiyena Şurası yeni qərar qəbil edib.
Məlumata əsasən, qərarda deyilir ki, koronavirus epidemiyasının yeni variantının təsirinin minimuma endirilməsi, əhalinin sağlamlığı və ictimai asayiş baxımından epidemiyanın yaratdığı riskin idarə edilməsi və xəstəliyin yayılma sürətinə nəzarət edilməsi vacibdir. Vurğulanıb ki, epidemiyanı nəzarətdə saxlamaq üçün ona qarşı aparılan mübarizə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Məhz bunu nəzərə alaraq Əyalət İctimai Gigiyena Şurası yeni qərar qəbul edilənə qədər yaşayış yerləri, yemək-içmək yerləri kimi yerlərdə canlı icra edilənlər də daxil olmaqla musiqili tədbirlərin saat 24:00-dək davam etməsinə qərar verib: “Həmçinin nikah və toy mərasimlərində canlı musiqi ifaları da daxil olmaqla musiqili tədbirlərin də yalnız saat 24.00-dək davam etməsinə qərar verilib. Bu çərçivədə virusun yeni variantı (Omicron) ilə mübarizə çərçivəsində musiqi verilişlərində vaxt məhdudiyyətləri qətiyyətlə tətbiq ediləcək”.
Məlumatda o da bildirilib ki, qərara əməl etməyənlər 1593 saylı İctimai Səhiyyə Qanununun 282-ci maddəsinə uyğun olaraq cərimələnəcək: “Eyni zamanda 5237 saylı Türk Cəza Qanununun 195-ci maddəsi çərçivəsində lazımi məhkəmə prosesi başlanacaq”.