Press "Enter" to skip to content

“Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

Son yeniləmə: 25 İyul 2022 16:01

Bayraqdar.info – “Bakcell” növbəti dəfə Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb. Bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® şirkətinin müstəqil təhlili nəticəsində verilib.

Bayraqdar.info-ya verilən məlumata görə, mükafat dövründə Ookla® Azərbaycanda ən sürətli mobil şəbəkəni müəyyən etmək üçün 2022-ci ilin I və II rübüərzində ölkənin mobil rabitə istifaçiləri tərəfindən Speedtest® iOS və Android mobil tətbiqetmələri vasitəsilə keçirilmiş 71 mindən çox testi müqayisə edib. Nəticədə”Bakcell”in mobil şəbəkəsi bu ilin I və II rübüüzrə ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.

“Ookla tərəfindən təqdim edilən “Speedtest mükafatı” müstəsna internet sürəti və əhatə dairəsini təmin edən seçilmiş şəbəkə operatorları üçün nəzərdə tutulub. “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” mükafatını “Bakcell” şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2022-ci ilin I və II rübləri ərzində göstərdiyi misilsiz nəticələrin təsdiqidir. Nəticələr abunəçilər tərəfindən “Speedtest” proqramı vasitəsilə edilən sınaqların ətraflı təhlili vasitəsilə əldə olunub”, – deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.

Qeyd edilib ki, Ookla şirkəti 2018, 2019-cu və 2021-ci ildə Bakcell şəbəkəsini Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”adlandırıb.

“Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur.

Məlumatda deyilir ki, *“Ookla”nın 2022-ci ilin 1-ci və 2-ci rübləri üzrə Speedtest Intelligence® məlumatlarının təhlilinə əsasən, Ookla ticarət nişanları lisenziya və müvafiq icazə əsasında istifadə olunur: “Ookla® mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir. “Ookla”nın aparıcı şəbəkə sınaqları platforması olan Speedtest® proqramı hər gün bütün dünyanın şəbəkələrin fəaliyyəti və keyfiyyətinə dair milyonlarla ölçmələrin nəticələrini emal edir”.

O da bildirilib ki, Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir: “Bu gün “Bakcell” şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9 faizini, ölkə ərazisinin isə 92.6 faizini əhatə edir”.

Mission News Theme by Compete Themes.