Press "Enter" to skip to content

Üç minə yaxın müraciətə baxılıb

Son yeniləmə: 23 İyul 2022 09:34

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2022 -ci ilin birinci yarımilliyində istehlakçılar tərəfindən daxil olan 2 min 977 müraciətə baxılıb. Müraciətlərin əksəriyyəti, malların (iş və xidmətlərin) qüsurlu və keyfiyyətsizliyi barədə olub. İstehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılması, müqavilə şərtlərinin pozulması, istehlakçılara zəruri və düzgün məlumatların verilməməsi də daxil olan müraciətlər sırasındadır.

Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinə bu dövrdə daxil olmuş müraciətlərin 1 min 185-i təmin olunub, 1 min 41 müraciətlə bağlı izahat və tövsiyə verilib. 392 müraciət üzrə isə araşdırmalar davam etdirilir: “Qeyd edək ki, müraciətlər əsasında 169.286 manat istehlakçılara qaytarılıb, 15.080 manat dəymiş ziyan ödənilib”.

Mission News Theme by Compete Themes.