Press "Enter" to skip to content

“Təki Vətən yaşasın”

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 22 İyul 2022 15:21

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş tədbir keçirilib

Bayraqdar.info – Suqovuşanda polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən yaşasın” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilib.

Aygün Əliyeva
Aygün Əliyeva

Agentliyin Mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, tədbirdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Sevinc Alızadə
Sevinc Alızadə

Məlumata əsasən, tədbir hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilməsi ilə başlayıb: “Açılış nitqi ilə çıxış edən “Zəfər” İB-nin sədri S.Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib”.

Agentliyin İcraçı direktoru A.Əliyeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edib. O, bildirib ki, Agentliyin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Zəfər” İB –nin “Zəfər – yay məktəbi” layihəsinin tərkib hissəsi olan “Təki Vətən yaşasın” adlı bugünki ilk tədbiri reallaşır: “Məhz polkovnik-leytenant Raquf Orucov, polkovnik-leytenant Soltan Məmmədov və minlərcə igidlərimizin qanı bahasına alınan azad Suqovuşanımızda bu cür layihənin gerçəkləşməsi qürurverici andır. “Şuşa İli” çərçivəsində azad Qarabağımızın hər bir guşəsində keçiriləcək tədbirlər bu yerlərdə qəhrəman oğullarımızın hər zaman qəlbimizdə yaşadığını bariz nümunə olaraq göstərəcək. Bu kimi qəhrəmanların həyat yolundan örnək almalı, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq”.

Tədbir zamanı
Tədbir zamanı

Daha sonra çıxış edən digər natiqlər Tərtər RİH-nin başçısı M.Məmmədov, millət vəkilləri İ.Məmmədov, M.Məmmədli, S.Alıyev, yazıçı-publisist H.Herişçi, Vətən Müharibəsi Qazisi-Elnur Salahov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atasıVaqif Əliyev, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova tədbirlə bağlı fikirlərini bölüşüblər: “Şəhid polkovnik-leytenant S.Məmmədovun həyat yoldaşı T.Məmmədova isə yekun olaraq çıxış edərək bildirib ki, Soltan üçün Vətən anlayışı ən ali dəyər idi. Tünzalə xanım S.Məmmədovun xatirəsinə həsr edilən film üçün əməyi keçən hər kəsə təşəkkür edərək, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açaraq bildirib ki, bütün bunlar şəhid ailələri üçün bir təsəllidir. Tədbir Xalq artisti Samir Cəfərovun ifasında “Yuxuda görmüsən” kompozisiyasının təqdimatı ilə yekunlaşıb”.

“Yuxuda görmüsən” kompozisiyasının təqdimatı
“Yuxuda görmüsən” kompozisiyasının təqdimatı

 

Mission News Theme by Compete Themes.