Press "Enter" to skip to content

Özünüməşğulluq proqramı bu il də davam etdiriləcək

Son yeniləmə: 22 İyul 2022 14:16

Sahil Babayev: Səkkiz minədək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına, beş min dörd yüz şəxs daimi işə cəlb olunub

Bayraqdar.info – Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Həmin görüşlərin nəticəsi olaraq 8 minədək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kütləvi-informasiya vasitələrinə verdiyi müsahibədə bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, nazir qeyd edib ki, kənd təsərrüfatı, xidmət, istehsalat və s. sahələri əhatə edən özünüməşğulluq proqramı bu il də davam etdiriləcək: “Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 5 min 400 şəxsin daimi işlə təminatına da nail olunub. “Məşğulluq marafonu”nun əhəmiyyətini vurğulayan S.Babayev 600-dan çox şirkətin vakansiya təqdim etdiyini, 2500 şəxsin özəl şirkətlər tərəfindən işlə təmin olunduğunu diqqətə çatdırıb”.

Mission News Theme by Compete Themes.