Press "Enter" to skip to content

Milli Mətbuat Günündə Şuşada Beynəlxalq Media Forumu

Tədbir zamanı

Bayraqdar.info – Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər də var.

Qeyd edək ki, onlar iyulun 22-də Milli Mətbuat Günündə Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq forumda iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür. Düz 147 il əvvəl, 1875-ci il iyulun 22-də dahi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatı ötən müddətdə çətin və şərəfli yol keçib. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb.

Mission News Theme by Compete Themes.