Press "Enter" to skip to content

Kosovanın Baş nazirindən türk icmasına tərif

Alban Kurti

Bayraqdar.info – Kosovanın baş naziri Albin Kurti ölkədəki türk icmasının ünvanına tərif səsləndirib. Məlumata əsasən o, ölkənin inkişafına, demokratikləşməsinə və müstəqilliyinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Kosovadakı türk icmasının vəziyyəti ilə bağlı keçirilən qiymətləndirmə toplantısında danışan A.Kurti, “İnsan və siyasi əlaqələrimiz həm müharibədən əvvəl, həm müharibədən sonra, həm də müstəqillik elanından əvvəl və sonra həmişə yüksək səviyyədə olub”, – deyib.

Baş nazir həmçinin bildirib ki, Kosovadakı türk icması Türkiyə ilə Kosovo arasındakı münasibətlərdə möhkəm körpü təşkil edir.

Mission News Theme by Compete Themes.