Press "Enter" to skip to content

Güney Azərbaycan məsələsində çəkic eyni zindana vurulur

Məcid Cavadi

Son yeniləmə: 22 İyul 2022 14:10

Məcid Cavadi: Güney Azərbaycan məsələsində xalq və təşkilatlar artıq çəkici eyni zindana vurur

Bayraqdar.info – “Məlum olduğu kimi Urmu gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiya birbaşa Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin çağırşı ilə baş tutdu. Bu, Mərkəzin ilk birlik çağırışı deyildi. Daha öncə 44 günlük Vətən müharibəsində, Əhvaz ərəblərinin durumu ilə bağlı, Qərbi Azərbaycanda şəhər şuraları seçkiləri zamanı da çağırışlar olmuşdu. Onu da deyim ki, Əhvaz ərəbləri ilə bağlı aksiyaların keçirilməsi çağırışından sonra bu, aksiyalarla bağlı ikinci çağırış idi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

O, qeyd edib ki, bu, özlüyündə böyük bir hadisədir: “Əvvəla ona görə ki, artıq ikinci dəfə Mərkəzin kütləvi etiraz aksiyaları keçirilməsi çağırışına Güney Azərbaycandan dəstək ifadə edilib. Bu aksiyalar yüksək səviyyədə baş tutub. Yəni Güney Azərbaycan türkləri ilə Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan təşkilatların cəmləşdiyi Mərkəz arasında bir əməkdaşlıq formalaşıb”.

M.Cavadi bunun ikinci bir əhəmiyyətinin isə artıq Güneylə bağlı təşkilatların həyati əhəmiyyətli məsələlərdə birlik nümayiş etdirə bilməsi ilə bağlı olduğunu deyib: “Beləliklə, görünən odur ki, Gnüeylə bağlı məsələdə artıq kortəbii deyil, vahid mərkəzdən idarə olunan və xalqımızın mənafeyinə xidmət edən qərarlar verilir. Ümumilikdə isə Güney Azərbaycan məsələsində xalq və təşkilatlar artıq çəkici eyni zindana vurur”.

Mission News Theme by Compete Themes.