Press "Enter" to skip to content

Komitə sədrindən jurnalistlərə təbrik

Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov 22 İyul-Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

Bu barədə bayraqdar.info-ya iyulun 22-də DİDK-dən məlumat verilib.

Məlumata əsasən müraciətdə deyilir: “Əziz media nümayəndələri, Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və peşə fəaliyyətinizdə cansağlığı və uğurlar arzulayıram. Xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrimizin, zəngin və qədim tariximizin parlaq güzgüsü olan və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatı cox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Görkəmli ziyalılarımız, jurnalistlər, yazıçılar və digər peşə sahibləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin inkişafına güclü təkan vermişlər”.

“Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra mətbuat üzərində senzura ləğv edilmiş, bununla da Azərbaycan cəmiyyətində söz azadlığı və plüralizm üçün yeni üfüqlər açılmışdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində dövlət siyasətinin əsasını təşkil edir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı və çeşidli layihələr nəticəsində bu gün Azərbaycanda onlarla radio və televiziya kanalı, yüzlərlə qəzet, jurnal, informasiya agentlikləri azad surətdə fəaliyyət gostərir.

“Hörmətli mətbuat işçiləri!

“Sizi bir daha Milli Mətbuat Günü münasibətilə təbrik edirəm”, – deyə təbrikdə daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.