Press "Enter" to skip to content

İnnovasiyalarn təşviqi və elektron hökumətin inkişafı

Görüş zamanı

Son yeniləmə: 22 İyul 2022 12:49

Bayraqdar.info – 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Texniki Universitetinin rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurası üzvlərinin görüşü keçirilib.

Bu barədə bayraqdar.info-ya iyulun 22-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, qonaqlar “ASAN xidmət”, “INNOLAND” “Bilim Bakı”, ASAN İnnovativ İnkişaf Mərkəzi və “ABAD” publik hüquqi şəxsin etnobutiki ilə tanış olublar: “Görüş rəqəmsal transformasiya, rəqəmsal xidmətlərin genişləndirilməsi, innovasiyalarn təşviqi və elektron hökumətin inkişafı mövzusunda müzakirələrlə davam edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin iştirak etdiyi görüşdə ölkəmizdə rəqəmsal transformasiyanın, modernizasiyası və innovasiyaların mövcud vəziyyəti, əldə olunan nailiyyətlər və problemlər müzakirə olunub”. Qeyde dilib ki, dünyada və eləcədə ölkəmizdə prioritet məsələyə çevrilən cəmiyyətin və iqtisadiyyatın rəqəmsal transformasiyası, İKT quruculuğunun inkişafı, innovasiyaların tətbiqi, modernizasiya kimi məsələlər də diqqət mərkəzində olub: “Həmçinin vətəndaşlar arasında elektron xidmətlərə olan ehtiyacın və onların göstərilmə səviyyəsinin müəyyən edilməsi, maarifləndirmə, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərinin təkmilləşdirilməsinin təşviqi vurğulanıb. Qonaqlar, eyni zamanda İKT sahəsində kadr hazırlığı və bir çox istiqamətlərdə birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.