Press "Enter" to skip to content

Dünyanın taxıl böhranına Türkiyə əlacı

Son yeniləmə: 22 İyul 2022 11:11

İyulun 22-də İstanbulda tarixi imza atıla bilər

Bayraqdar.info – Dünyanın böyük həyəcanla həllini gözlədiyi taxıl böhranı sona çata bilər. Daha doğrusu, Rusiyanın Ukraynaya hücumundan sonra Ukrayna taxılının dünyaya ixracında yaranmış problem nəhayət ki, həll olmaq üzrədir.

Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının yaydığı məlumat belə deməyə əsas verir. Açıqlmada qeyd edilib ki, iyulun 22-si yerli vaxtla saat 16:30-da Dolmabahçe Ofisində tarixi imzalanma mərasimi keçiriləcək.

Mərasimdə Ukrayna və Rusiyanın təmsilçiləri ilə yanaşı Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və BMT Baş katibi Antoniu Quterreş də iştirak edəcək.

Xatırladaq ki, Qara dənizdən Ukrayna taxılının ixracı üçün Türkiyə-Rusiya-Ukrayna-BMT arasındakı danışıqların ilkin mərhələsi də bir neçə gün öncə İstanbulda baş tutmuşdu. Həmin vaxt müzakirələr hərbi təmsilçilərin iştirakı ilə keçirilmişdi.

Bu arada Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu sosial media hesabında məsələ ilə bağlı paylaşım edib. İyulun 21-də edilən paylaşımda deyilir:“Möhtərəm Prezidentimizin rəhbərliyi ilə apardığımız diplomatik səylər öz nəticəsini verməkdədir. Sabah BMT-nin Baş katibi, Rusiya və Ukrayna nümayəndə heyətləri ilə birlikdə bütün dünyanı narahat edən ərzaq böhranının həlli üçün ilk addımı İstanbulda atacağıq. Biz münaqişənin həlli üçün səylərimizi davam etdirəcəyik”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.