Press "Enter" to skip to content

“Azərkitab”da “Qələmlə Vətənə xidmət edənlər”

Əflatun Amaşov tədbirdə çıxış edərkən

Son yeniləmə: 22 İyul 2022 09:11

Bayraqdar.info – İyulun 21-də “Azərkitab” Kitab Mərkəzində “Qələmlə Vətənə xidmət edənlər” adlı tədbir keçirilib. “A-Media” təşkilatının təşkilatçılığı ilə keçirilən tədbir 22 iyul – Milli Mətbuat Gününə həsr edilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnurə İsgəndərova tədbirdə bir qrup vətənpərvər media nümayəndələri və rəssamların iştirak etdiyini deyib.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra media nümayəndələri və rəssamlar mükafatlandırılıblar.

Mission News Theme by Compete Themes.