Press "Enter" to skip to content

“Nar”dan intellektual yarış

İntellektual yarış zamanı

Son yeniləmə: 21 İyul 2022 10:07

Bayraqdar.info – “Nar”, 22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 30-dan çox media orqanını təmsil edən jurnalistlər 10 komandada biliklərini yarışdırıblar.

Məlumata əsasən, iştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. İntellekt yarışının qalibi “Report” komandası olub, “Azərtac” İA-ni təmsil edən komanda 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

“”Nar” olaraq, Milli Mətbuat Gününü mətbuatımızın dəyərli nümayəndələri ilə birgə qeyd etməkdən qürur duyuruq. Bu gün böyük həcmdə informasiya ilə üzləşirik, buna görə də cəmiyyətə məlumatın düzgün şəkildə ötürülməsi böyük əzm və məsuliyyət tələb edir. Bu vacib işin öhdəsindən gələn mətbuat nümayəndələrinə “Nar” adından təşəkkür edirəm. Milli mətbuat günümüz mübarək!”, – deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov tədbirdə bildirib.

Qeyd edilib ki, “Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumatı bu linkdən almaq olar.

Mission News Theme by Compete Themes.