Bayraqdar.info – Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 290-313 kilometrində təmir-bərpa işləri icra olunub.
Bu barədə bayarqdar.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məluamta verilib.
Bildirilib ki, ümumilikdə 4 min kvadratmetr sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb: “Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib. Sonda yol-cizgi və yolgöstərici xətlər çəkilib”.