Son yeniləmə: 21 İyul 2022 10:59
Bayraqdar.info – İraqın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində İraq iş adamları Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, KOBİA-nın İdarə Heyətini sədri Orxan Məmmədov və Bağdad Ticarət Palatasının İdarə Heyətinin üzvü Alaa Nurun başçılıq etdiyi biznes nümayəndə heyəti arasında keçirilmiş görüşdə iş adamları arasında əlaqələrin inkişafına, birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb: “Görüşdə KOBİA-nın Azərbaycan və İraq iş adamları arasında birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğu qeyd edilib, Agentliyin bu istiqamətdə sahibkarlara göstərə biləcəyi dəstək barədə məlumat verilib”.
Görüşdə həmçinin, İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili Maki Ressan Əl-Mamori da iştirak edib.