Son yeniləmə: 21 İyul 2022 15:50
Bayraqdar.info – Bosniya və Herseqovinanın Ali Nümayəndəsi Kristian Şmidtin seçki islahatı gündəmi ilə bağlı Bosniya siyasi liderləri ilə görüşməyə başlaması seçki qanununun bosniyalılara qarşı dəyişdiriləcəyinə dair iddialara səbəb olub.
Məlumata əsasən, Bosniya və Herseqovina mediası iddia edib ki, Ali Nümayəndə Kristian Şmidt xorvatlara güzəştlər verəcək seçki qanununda dəyişikliklər etməyə hazırlaşır.
“Dnevni Avaz” qəzetinin xəbərinə görə, Ali Nümayəndə Şmidt SDP başqanı Nermin Nikşiç, SBB başqanı Fahrudin Radoncic, NS başqanı Edin Forto və NP başqanı Elmedin Konakoviç ilə seçki qanunvericiliyində islahatlarla bağlı telefon danışığı aparacaq.
Məsələni dəyərləndirən bosniyalı jurnalist Emir Suljagic, sosial şəbəkə hesabından “Əgər doğrudursa, bu, bosniyalılar üçün qanuni köləlik demək olacaq. Onda iki seçimimiz var; ya yenidən müharibə, ya da Anadolu”,- şəklində paylaşım edib.
Ako je ovo što sam uspio saznati o izmjenama Izbornog zakona tačno, mi – Bošnjaci, Bosanci, Ostali – poslije toga kao grupa nemamo šta tražiti u Bosni i Hercegovini, jer će naša egzistencija biti legalizovano ropstvo. Ostaju nam dva izbora: Anadolija ili neki novi rat.
— Emir Suljagić (@suljagicemir1) July 19, 2022