Press "Enter" to skip to content

Bolqarıstan Azərbaycanı çətin günün dostu sayır

Heyətlər arası görüş

Bayraqdar.info – İyulun 21-də Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində Baş naziri Prezident İlham Əliyev qəbul edib.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti verib.

“Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq. Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır. Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var.” Bu sözlər Prezidentin görüş zamanı söylədiyi fikirlərdəndir.

Təkbətək görüş
Təkbətək görüş

Qonaq da öz cavabında görüşdən və qarşılıqlı münasibətlərdən məmnunluğunu ifadə edib: “Sağ olun, Prezident Əliyev. Əvvəlcə təşəkkürümü bildirmək istəyirəm ki, son altı ay ərzində ehtiyac olan dövrdə Sizin əsl dost olduğunuzu gördük. Dostluq belə də olmalıdır. Mən, həmçinin tam anlayıram ki, iki ölkə arasında dostluğun uzun tarixi var və çox sahələri əhatə edir. Çox məmnunluqla öyrəndim ki, biz hətta enerji sahəsinə aid olmayan digər məsələləri – texnologiyaları, informasiya texnologiyalarını, kənd təsərrüfatını, tikintini də müzakirə edə bilərik.

“Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz.

“Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz nəinki ikitərəfli qaydada, o cümlədən Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilərsiniz. Biz də Avropa İttifaqı Şurasının üzvüyük. Beləliklə, hesab edirəm ki, birlikdə olsaq üfüqlər çox geniş və perspektivli görünəcək”.

Daha sonra heyətlər arası geniş tərkibli görüş keçirilib.

Mission News Theme by Compete Themes.