Son yeniləmə: 21 İyul 2022 10:17
Bayraqdar.info – Kıbrıs Barış Hərəkatının 48-ci ildönümü ilə bağlı KKTC-yə səfər edən Türkiyənin vitse-prezidenti Fuat Oktay artıq səfərini başa vurub.
Bununla bağlı məlumatda deyilir ki, 12 saata yaxın sürən səfər zamanı F.Oktay bayram tədbirlərində iştirak edib, həmçinin bir sıra görüşlər keçirib.
F.Oktayı hava limaında KKTC Baş naziri Ünal Üstel, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri, Kıbrıs Türk Barış Quvvələri komandanı tümgeneral Sezai Öztürk, Güvenlik Qüvvələri komandanı Tümgeneral Zorlu Topaloğlu, nazirlər və digər rəsmilər yola salıb.