Press "Enter" to skip to content

Yevlaxda 720 min kub metr həcmdə lildən təmizləmə işləri

Son yeniləmə: 20 İyul 2022 11:22

Bayraqdar.info – Yevlaxda 720 min kub metr həcmdə lildən təmizləmə işləri görülüb.

Bu barədə bayraqdar.info-ya iyulun 20-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki,Yevlax rayonunda əkin sahələrini mütəşəkkil, vaxtında və normasında suvarma suyu ilə təmin etmək məqsədilə Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci il ərzində bir sıra işlər görülüb: “Belə ki, cari təmir işləri hesabına rayonun əksər kəndlərini əhatə edən torpaq məcralı suvarma kanallarında 160 km uzunluğunda, kollektor-drenaj sistemində isə 108 km uzunluğunda lildən təmizləmə işləri yerinə yetirilərək su ötrücülüyü yaxşılaşdırılıb. Ümümilikdə idarənin öz gücünə istehsalat nəqliyyatı vasitələrinin hesabına 720 min m3 həcmində lildən təmizləmə işləri yerinə yetirilib və illik plan üzrə işlər davam etdirilir. Kollektor-drenaj şəbəkələrində lildən təmizləməsi nəticəsində şoran torpaqların münbitliyi artırılır və əkinə yararlı vəziyyətə gətirilir”.

Bildirilib ki, Yevlaxda əkin sahələri 2 üsulla, mexaniki və özü axımı ilə suvarılır: “Öz axımı ilə 29 min 496 hektar, mexaniki üsulla isə 12 min 901 hektar sahə suvarma suyu ilə təmin edilir. Mexaniki üsulla suvarma 41 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. İdarənin balansında 81 km beton kanal, 112 km nov kanal, 1015 km torpaq kanallar, 1313 km kollektor-drenaj şəbəkəsi və onlar üzərində 3 min 847 ədəd müxtəlif tipli hidrotexniki qurğular, 89 ədəd subartezian və 5 ədəd artezian quyuları, 612 hektar meşə zolaqları mövcuddur. Rayon ərazisində müxtəlif kəndlərdə yerləşən subartezian quyularından nasazlıq yaranmış 36 ədədində və 14 ədəd nasos stansiyada təmir işləri aparılaraq saz vəziyyətə gətirilib”.

Məlumata əsasən, Yevlax rayon ərazisində 13 min 7 hektar sahədə taxıl bitkisi əkilib və biçin işləri artıq yekunlaşıb: “2 min 702 hektar sahədə isə pambıq bitkisi əkilib. Hazırda əkin sahələrini suvarma suyu ilə təmin edən suvarma kanallarında lildən təmizləmə işləri davam edir. Görülən işlər nəticəsində suyun axını sürətlənir və fermerlərə daha asan və səmərəli çatdırılır. Qeyd edək ki, Yevlax Suvarma Sistemləri idarəsi Yevlax rayonunun42397 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ Kanalı, Yuxarı Şirvan Kanalı və subartezian quyularıdır”.

Mission News Theme by Compete Themes.