Press "Enter" to skip to content

Qaraqalpağıstanda fövqəladə vəziyyət ləğv edildi

Şavkat Mirziyoyev

Bayraqdar.info – Qardaş Özbəkistan dövləti Qaraqalpağıstanda tətbiq etdiyi fövqəladə vəziyyəti vaxtından əvvəl ləğv edib.

Bununla bağlı xəbəri iyulun 21-də Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov yayıb.

Xəbərdə deyilir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fövqəladə vəziyyətin ləğvi üçün Fərman verib.

Prezidentin Mətbuat xidmətinin yaydığı Fərmanda deyilir ki, Qaraqalpağıstan Respublikası Jöqorği Kengesinin fövqəladə vəziyyətin vaxtından əvvəl ləğvi ilə bağlı müraciətini, həmçinin bölgədə görülən tədbirlər nəticəsində təhlükəsizliyin təmin edildiyini nəzərə alaraq fövqəladə vəziyyət vaxtından əvvəl – iyulun 21-i səhər saat 5-dən etibarən ləğv edilir.

Qeyd edək ki, Qaraqalpağıstanda xarici güclərin təhriki ilə qarşıdurma yaratma cəhdi iyulun 1-2-də narahatlığa səbəb olmuşdu. Özbəkistan dövləti də vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə avqustun 1-dək fövqəladə vəziyyət elan etmişdi. Lakin həm yerli əhalinin yetərincə təmkinli davranması, həm də təhrikçilərin əsl məqsədlərinin ifşa edilməsi ümumi vəziyyətin düzəlməsinə səbəb oldu və bu baxımdan artıq fövqəladə vəziyyətə də gərək qalmadı.

Mission News Theme by Compete Themes.