Son yeniləmə: 20 İyul 2022 13:00
Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Fonddan bayraqdar.info-ya iyulun 20-də verilən məlumata görə, görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan arasındakı intensiv tərəfdaşlıq münasibətlərinin mövcudluğundan söz açıb: “Günay Əfəndiyeva Fond ilə Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb”.
Səfir Serjan Abdıkarimov Fondun Türk xalqlarının maddi-mədəni irsinin təbliği istiqamətindəki çoxyönlü fəaliyyətinin bütün Türk dünyası üçün önəm daşıdığını bildirib: “Səfir Fond tərəfindən həyata keçiriləcək layihələr çərçivəsində Qazaxıstanla əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib. Görüş tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib”.