Son yeniləmə: 20 İyul 2022 10:36
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Şanlıurfa Viranşehir Gazi Derneğindən gələn Kıbrıs qazilərini qəbul edib.
Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, E.Tatar qəbul zamanı çıxışında Türkiyə ilə əlaqələrin və əməkdaşlığın hər səviyyədə, hər sahədə inkişaf etdiyini bildirib: “Böyük türk millətinin ayrılmaz bir parçası olan Kıbrıs türk xalqı 20 iyul 1974-cü ildən sonra yenidən doğulub və müstəqilliyini yeni səhifə ilə əldə edib. KKTC olaraq azadlığımızın və təhlükəsizliyimizin yeganə təminatı olan Ana Vətən Türkiyə ilə birlikdə yolumuza davam edirik”.
Türk əsgərlərinin adada olmasının əhəmiyyətini vurğulayan E.Tatar, Kıbrıs qazilərinə təşəkkür bildirib, bütün şəhidlərə rəhmət diləyib.