Press "Enter" to skip to content

DSMF ilə Türkiyənin Sosial Güvənlik Kurumu arasında əməkdaşlıq imkanları

Görüş zamanı

Bayraqdar.info – Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Türkiyənin Sosial Güvənlik Kurumu (SGK) arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanları genişləndirilir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Türkiyədə səfərdə olan əməkdaşlarından ibarət nümayəndə heyəti bu ölkənin Sosial Güvənlik Kurumunda görüş keçiriblər.

Bu barədə bayraqdar.info-ya iyulun 20-də DSMF-dən məlumat verilib.

Bildirilib ki, görüşdə DSMF əməkdaşları arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması ilə bağlı təqdimatla çıxış edib, bu sahədə son dövrdə görülmüş işlər, elektronlaşma, arxiv sənədlərindəki məlumatların idarə edilməsi, sosial ödəniş işlərinin yerləşdirilməsi, sənədlərin çeşidləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin yerli praktikada tətbiqi imkanlarından bəhs ediblər: “SGK-nın nümayəndələri isə Türkiyədə arxiv işlərinin idarə edilməsi sahəsində bir neçə təqdimatla çıxış ediblər. Eyni zamanda arxiv işlərində qurumdaxili və xarici sənədləşmə sistemi, arxiv məlumatlarının mühafizəsi və bir yerdən başqa yerə köçürülməsi, inventarlaşdırılması, elektron arxivləşmə sistemi, arxivlərin barkodla çeşidlənməsi və təhlükəsizlik məsələlərindən danışılıb. Arxiv işlərinin idarə edilməsi sahəsində iki qurum arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.