Press "Enter" to skip to content

“Dövlət satınalmalarının əsasları” mövzusunda təlim

Son yeniləmə: 20 İyul 2022 08:43

Bayraqdar.info – İyulun 22-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Dövlət satınalmalarının əsasları” mövzusunda təlim keçiriləcək.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, təlimdə aşağıdakı mövzulardan danışılacaq:

-Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı;

-KOB-ların dövlət satınalmalarında iştirakı;

-Elektron satınalmaların təşkili;

-Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri;

-Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması;

-Müqavilələrin idarə olunması;

-Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.

Məlumata əsasən sahibkarlar təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya bu elektron poçt ünvanına müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.