Press "Enter" to skip to content

Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb

Ceyhun Bayramov və Yens Stoltenberq

Son yeniləmə: 20 İyul 2022 08:54

Bayraqdar.info – İyulun 19-da Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə NATO-nun mənzil-qərargahında görüş keçirib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb: “Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub”.

Məlumata əsaəsn nazir, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib: “Bu kontekstdə azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa-quruculuq işlərinə və məcburi köçkünlərin geri qayıtmasına maneə yaratdığı vurğulanıb. Eyni zamanda, postmünaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib və bununla əlaqədar fikir mübadiləsi aparılıb”.

NATO-nun Baş katibi Yens Stoltenberq ölkəmizin etibarlı tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katib, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu məmnunluqla vurğulayıb.

Mission News Theme by Compete Themes.