Press "Enter" to skip to content

48 yaşlı Barış Hərəkatı

Son yeniləmə: 20 İyul 2022 09:10

1974-cü il iyulun 20-də Türkiyənın atdığı tarix addım Kıbrıs türkünün yox olmasının qarşısını aldı

Bayraqdar.info – Bu gün 20 Temmuz – Kıbrıs Barış Hərəkatının 48-ci ildönümüdür. Düz 48 il əvvəl baş tutan Kıbrıs Barış Hərəkatı yunan-rum cütlüyünün Kıbrıs türklərini yox etmə planına son qoydu. 1974-cü ilin bu günündə adada türk varlığını qorumaq üçün uzun illər mücadilə edən insanlara, türk mücahidlərinə dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin reallaşdırdığı hərəkat türklük tarixinə qızl hərflərlə yazıldı.

Beləliklə, artıq bir neçə gündür ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti möhtəşəm bayrama hazırlaışır. Ölkənin hər yerində 20 Temmuz – Barış ve Özgürlük Bayramına hazırlıq görülür.

Rəsmi bayram tədbirləri Cümhurbaşqanı Ersin Tatarın iyulun 19-da BRT-də çıxışı ilə başlayıb. Bayram münasibətilə iyulun 19-da bir sıra tədbirlər keçirilib.

Bayram şənlikləri çərçivəsində Sübh Gözləməsi bu il iyulun 19-u çərşənbə axşamı Yavuz Açılış Çimərliyində keçirilib. Həmin vaxt sülh və azadlıq mübarizəsində şəhid olanların da xatirəsi anılıb.

Həmçinin iyulun 21-də Alaminyo şəhidləri, iyulun 22-də Topçuköy şəhidləri, iyulun 25-də Taşpınar şəhidləri üçün kəndlərindəki abidələr önündə mərasimlər keçiriləcək.

Bu arada isə Türkiyənin Milli Müdafiə Nazirliyi Kıbrıs Barış Hərəkatının 48-ci ildönümü münasibətilə üç silsilə video hazırlayıb. Nazirliyin sosial media hesabında paylaşılan videolarda Kıbrıs adasının tarixi, yunanların adada türklərə qarşı zülmü, əməliyyata aparan proses və Türk Silahlı Qüvvələrinə 1974-cü ildə reallaşdırdığı Kıbrıs Barış Hərəkatının təfərrüatları açıqlanıb.

Paylaşımda “Kıbrıs türklərinə qarşı amansız qırğınlar törədən Yunanıstan terror təşkilatı EOKA, “Bir gecə ansızın gələ bilərəm” deyən Mehmetçik qarşında qaçmaq üçün dəlik axtarmışdı”ifadəsinə də yer verilib.

Mission News Theme by Compete Themes.