Bayraqdar.info – Azərbaycan bədii fikrinin görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Xurşidbanu Natəvan – 190” adlı elektron xülasə hazırlanıb.
Bu barədə bayraqdar.info-ya Kitabxanadan məlumat verilib.
Bildirilib ki, təqdim olunan xülasədə Xurşidbanu Natəvanla bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilən məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunub: “Xülasənin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini şairənin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarət¬dir. Burada məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib. Elektron xülasə ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər”.