Press "Enter" to skip to content

Proqnoza 146,7 faiz əməl edilib

Bayraqdar.info – 2022-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 482 milyon 48,5 min manat vergi daxil olub, proqnoza 146,7 faiz əməl edilib.

Bu barədə bayraqdar.info-ya iyulun 19-da Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 49,3 faiz və ya 2,1 milyard manatdan çox artıb: “Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 398 milyon 63,4 min manat olub, proqnoza 128,6 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 978 milyon 146,8 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 38,1 faiz və ya 1 milyard 214 milyon 119,1 min manat artıb”.

Məlumata əsasən, ödənilən vergilərin 67,8 faizi qeyri-neft-qaz sektorunun, 32,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Mission News Theme by Compete Themes.