Press "Enter" to skip to content

Altı ayda 16 KOB subyektinə “Startap” şəhadətnaməsi

Son yeniləmə: 19 İyul 2022 15:17

Bayraqdar.info – 2022-ci ilin birinci yarımilliyində “Startap” şəhadətnaməsinin verilməsi üçün 46 mikro və kiçik sahibkar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro sahibkara şəhadətnamə verilib.

Bu barədə bayraqdar.info-ya iyulun 19-da KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “Startap” şəhadətnaməsi kənd təsərrüfatı, aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, inovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üçün təqdim edilib: “Ümumilikdə isə indiyədək 44 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir”.

Məlumata əsasən, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar.

Mission News Theme by Compete Themes.