Press "Enter" to skip to content

Ünvanlı yardımın orta aylıq məbləği artıb

Son yeniləmə: 18 İyul 2022 11:36

Bayraqdar.info – Azərbaycanda digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımların məbləği də artmaqda davam edir.

Bu barədə bayraqdar.info-ya iyulun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin birinci yarımilində ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz artaraq 347 manata çatıb.

Qeyd edilib ki, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi də ötən ilki 170 manatdan bu il 200 manata çatdırılıb: “ Hazırda 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur”.

Mission News Theme by Compete Themes.