Press "Enter" to skip to content

Quzey Makedoniya parlamenti Fransanın təklifini qəbul etdi

Son yeniləmə: 18 İyul 2022 10:37

Bayraqdar.info – Quzey Makedoniya parlamenti Fransanın təklifini qəbul etdi.

Balkan News xəbər verir ki, bu təklif Quzey Makedoniyanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrə başlamasına təkan verəcək və Bolqarıstanın vetosunun götürülməsinə səbəb olacaq.

Sənədə 68 deputat dəstək verib. Müxalifəti təmsil edən deputatalar isə etiraz olaraq səsvermədn öncə iclas zalını tərk ediblər.

Baş nazir Dimitar Kovaçevski, sosial media hesabından etdiyi paylaşımda sənədə səs verən deputatlara minnətdarlıq edib. O, bunun bir vətənsevərlik nümayişi olduğunu bildirib.

D.Kovaçevski, Makedon dilinin nəhayət Avropanın hər yerində eşidiləcəyini vurğulayıb.

Mission News Theme by Compete Themes.