Press "Enter" to skip to content

Qran Pri turnirində 3 medal

Son yeniləmə: 18 İyul 2022 09:42

Bayraqdar.info – Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran Pri turnirinə yekun vurulub.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, yarışın sonuncu günü (+100 kq) çəkidə yarışan Azərbaycan idmançısı Uşanqi Kokauri təsəlliverici görüşdə braziliyalı idmançı Rafael Silvaya qalib gəlib: “Bunun ardınca üçüncü yer uğrunda mübarizədə gürcüstanlı cüdoçu Qela Zalişvili ilə qarşılaşmalı olan Uşanqi rəqibinin xəbərdarlıq alaraq yarışdan kənarlaşdırılması səbəbindən birbaşa bürünc medalla mükafatlandırılıb”.

O da qeyd edilib ki, bundan əvvəl cüdoçular Yaşar Nəcəfov (-66 kq) qızıl medal , Səid Mollayi (-81 kq) isə gümüş medal əldə edib: “Turnirin ümumi nəticəsinə görə, cüdo üzrə Azərbaycan milli yığma komandası kişilər arasında üçüncü yerdə qərarlaşıb”.

Mission News Theme by Compete Themes.