Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti möhtəşəm bayrama hazırlaışır. Ölkənin hər yerində 20 Temmuz – Barış ve Özgürlük Bayramına hazırlıq görülür.
Bununla bağlı məlumatda bildirilir ki, azadlıq, sülh, hürriyyət və varlıq uğrunda mübarizəmizin tacının qoyulduğu Kıbrıs 20 Temmuz – Barış ve Özgürlük Günü coşqu ilə qeyd olunacaq.
Məlumata əsasən rəsmi bayram tədbirləri Cümhirbaşqanı Ersin Tatarın iyulun 19-da BRT-də çıxışı ilə başlayacaq: “Bayram mırasimlərinin mərkəzi isə Dr. Fazıl Küçük Bulvarındakl parad olacaq. Keçiriləcək mərasimlərdəAna Vətən Türkiyədən və digər ölkələrdən gələn qonaqlar da iştirak edəcəklər”.
Bayram şənlikləri çərçivəsində keçirilən Sübh Gözləməsi bu il iyulun 19-u çərşənbə axşamı Yavuz Açılış Çimərliyində keçiriləcək. Həmin vaxt sülh və azadlıq mübarizəsində şəhid olanların da xatirəsi anılacaq.
Həmçinin iyulun 21-də Alaminyo şəhidləri, iyulun 22-də Topçuköy şəhidləri, iyulun 25-də Taşpınar şəhidləri üçün kəndlərindəki abidələr önündə mərasimlər keçiriləcək.