Bayraqdar.info – İyulun 18-də Prezident İlham Əliyevlə Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen arasında geniş tərkibdə görüş keçirilib.
Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
The EU is turning to more reliable energy suppliers.
Today I’m in Azerbaijan to sign a new agreement.
Our goal: double the gas delivery from Azerbaijan to the EU in a few years.
🇦🇿 will be a crucial partner for our security of supply and on our way to climate neutrality. pic.twitter.com/fVHPr921Ui
— Ursula von der Leyen (@vonderleyen) July 18, 2022
İ.Əliyev qeyd edib ki, Azərbaycanla Avropa Birliyi arasında münasibətlər çox uğurla inkişaf edir. O, bundan məmnun olduğunu, perspektivdə münasibətlərin daha da irəli götürülməsini arzu etdiklərini deyib. Prezident çıxışında özəlliklə də enerji təhlükəsizliyi və Avropanın enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.
Good meeting with @azpresident on energy and the state of 🇪🇺🇦🇿 relations.
Let's strengthen our economic relationship and bring our people closer together.
Connectivity will be crucial here.
🇪🇺 wants to work with 🇦🇿 and build connections with Central Asia and beyond. pic.twitter.com/fj8rdIdHsf
— Ursula von der Leyen (@vonderleyen) July 18, 2022
U.Layen də ikitərəfli münasibətlərdən məmnun olduğunu deyib. Xanım Prezident Avropa Birliyi ilə Azərbaycan arasındakı uzunmüddətli səmərəli iş birliyini xüsusi vurğulayıb.
Prezidentin Mətbuat xidməti onu da xəbər verir ki, eyni gündə “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Azerbaijan has a tremendous potential in renewable energy.
Today we are laying the ground for a new partnership in this area.
And we commit to reducing methane emissions through the entire gas supply chain. https://t.co/DQtFG7GFbu
— Ursula von der Leyen (@vonderleyen) July 18, 2022
Sənədi İ.Əliyev və U.Layen imzalayıb.
Sənədin imzalanmasından sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış ediblər. Hər iki tərəf qarşılıqlı münasibətlərin inkişafından məmnunluq ifadə edib, bu münasibətləri daha da irəli götürmək əzmində olduqlarını bildirib.