Press "Enter" to skip to content

“ABAD”çılara daha bir dəstək

Son yeniləmə: 18 İyul 2022 16:31

Bayraqdar.info – “ABAD” publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Yelo Bank” ASC ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsinə dəstək göstərilməsi, “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə birgə əməkdaşlığa başlayıblar.

Bu barədə bayraqdar.info-ya iyulun 18-də “ABAD”dan məlumat verilib.

Bildirilib ki, “ABAD” publik hüquqi şəxs mikro, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməklə, sosialyönümlü layihələr həyata keçirir.

Məlumatda vurğulanır ki, “ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə “ABAD”çılara (“ABAD”-ın müşayiəti ilə yaradılan və ya “ABAD”a qoşulmaqla öz bizneslərini inkişaf etdirmək istəyən sahibkarlıq subyektləri) biznes-planlaşdırma, konsaltinq, marketinq, brendinq, dizayn, mühasibatlıq, hüquqi yardım, logistika işinin və satışların təşkili kimi dəstək xidmətləri göstərilir: “SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsi ilə “ABAD”çılara güzəştli kreditlərin verilməsi də “ABAD”ın növbəti dəstək mexanizmidir. Belə ki, 2022-ci ilin iyun-iyul ayları ərzində “ABAD”çılara məxsus üç investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə SİF “ABAD”çılara 110 min manat güzəştli kredit vəsaiti ayırıb. “Yelo Bank” ASC həmin kreditlərin sahibkarlara verilməsində müvəkkil kredit təşkilatı qismində çıxış edib. Maliyyələşdirilmiş layihələr bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir. Birgə əməkdaşlıq “ABAD”çıların maliyyə resurslarına çıxışının asanlaşdırılmasına, ailə təsərrüfatlarının rəqabət qabiliyyətinin, həmçinin, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, xüsusilə də ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcəkdir”.

Mission News Theme by Compete Themes.