Press "Enter" to skip to content

Rusiyanın Ukraynada dinc insanlara qarşı 10 ən qanlı cinayəti

Rusiyanın dinc insanları öldürdüyü yerlər

Bayraqdar.info – Ukrayna tərəfi iyulun 17-də yeni bir statistika paylaşıb. Bu statistika cari ilin 24 fevralından etibarən Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü zamanı dinc insanların ölümüylə nəticələnən ən qanlı hücumları əhatə edir. Burada əsas diqqət çəkilən məqam odur ki, Rusiya dəxli və heç bir səbəb olmadan bir çox hallarda savaş bölgəsindən uzaqda yerləşən dinc yaşayış məntərələrini raketlərlə vuraraq hər dəfəsində uşaqlar da daxil olmaqla onlarla dinc insanı məhv edib.

Beləliklə, ən sonuncudan başlayaraq Rusiyanın törətdiyi 10 ən qanlı müharibə cinayətini təqdim edirik:

1. Vinnitsa. 14 iyul: 3 uşaq da daxil olmaqla 24 nəfər həlak olub.

2. Kremençuq. 27 iyun: 22 nəfər öldürülüb, 59 nəfər yaralanıb.

3. Çasov Yar. 9 ilyul: 5 qatlı yaşayış binası atəşə tutulub. 1 uşaq da daxil olmaqla 48 nəfər öldürülüb.

4. Mariupol (hazırda Rusiyanın işğalı altındadır). 16 mart: 600 nəfər öldürülüb. 9 mart: 1 hamilə qadın da daxil olmaqla 3 nəfər öldürülüb, 17 nəfər yaralanıb.

5. Odessa: 23 aprel: 1 körpə də daxil olmaqla 8 nəfər öldürülüb. 20 nəfərə yaxın dinc sakin yaralanıb. 28 iyun: 1 uşaq da daxil olmaqla 20 nəfər öldürülüb. 38 nəfər yaralanıb.

6. Luqansk vilayəti. 7 may: İlkin məlumata görə 60 nəfər öldürülüb.

7. Kramatorsk. 8 aprel: 5 nəfəri uşaq olmaqla 50-dən çox dinc sakin öldürülüb. 98 nəfər isə yaralanıb.

8. Xarkov. 1 mart: 29 nəfər öldürülüb. 27 iyun: 9 nəfər öldürülüb, 29 nəfər yaralanıb.

9. Çerniqov. 16 mart: 14 nəfər öldürülüb.

10. Nikolayev. 29 mart: 37 nəfər öldürülüb.

Bir daha qeyd edək ki, bu statistika müharibəyə heç bir dəxli olmayan məkanların raket atəşinə tutulması nəticəsində dinc insanların öldürülməsini əks etdirir. Göründüyü kimi, işğalçı Rusiya “xüsusi əməliyyat” adı altında gizlənərək Ukraynada necə gəldi və kimi gəldi məhv edir…

Mission News Theme by Compete Themes.