Press "Enter" to skip to content

Güney Azərbaycanda kütləvi etiraz dalğası – VIDEO

Urmuda etirazlar

Bayraqdar.info – İyulun 16-sı, şənbə günü Güney Azərbaycanın Urmu və Təbriz şəhərlərində fars-molla rejiminin idarə etdiyi İran hökumətindən narazı əhali ayağa qalxıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, insanlar ölkədəki ağır iqtisadi vəziyyətə və Urmu gölünün qurudulmasına etirazlarını bildirib, hökumət rəsmilərinə xitabən “bişərəf, bişərəf” şüarları səsləndiriblər.

O da bildirilir ki, fars-molla rejimi etirazları yatırmaq üçün Urmu şəhərinə xüsusi təyinatlı qüvvələr yeridib.

Kanalın daha bir xəbərində qeyd edilir ki, Qərbi Azərbaycan əyalətinin Üçnova (Nəqəde) şəhərində də insanlar rejimin Urmu gölünün qurumasına göz yummasına qarşı narazılığını bildirərək küçələrə çıxıb.

Mission News Theme by Compete Themes.